Füzuli sakinləri 5 kiloqramdan artıq heroinlə yaxalandı

Xəbər - Samir Əli – Trend:

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirimiş
tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində
şübhəli bilinən şəxslər müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzerTimes-a
verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis
əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində
narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Füzuli
rayon sakinləri Seymur Vahidov və əvvəllər məhkum edilmiş Nicat
Hüseynov saxlanılıblar.

Araşdırma zamanı onlara məxsus 5 kiloqramdan artıq narkotik
vasitə olan heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Ağcabədi RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin
qərarı ilə S.Vahidov və N.Hüseynov barəsində həbs qətimkan tədbiri
seçilib.

Teqlər: