Prezident İlham Əliyev Füzuli Peşə Liseyinin binasının
layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında
Sərəncam verib.
Sərəncada deyilir:
– Füzuli Peşə Liseyinin binasının layihələndirilməsi və
tikintisi məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət
büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və
bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikasının
Təhsil Nazirliyinə ilkin olaraq 1,0 (bir) milyon manat
ayrılsın.
– Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın
1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
– Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan
irəli gələn məsələləri həll etsin.