Füzuli. Ceyhun Ələkbərov – Trend:
Prezident İlham Əliyevin tapşırığına əsasən işğaldan azad olunan Füzuli rayonu ərazisində “Füzuli Beynəlxalq Hava Limanının tikintisi” layihəsi üzrə tikinti işləri yerinə yetiriləcək.
AzerTimes-ın Füzulidə olan əməkdaşının verdiyi məlumata görə, bunu AZAL-ın vitse-prezidenti Etibar Hüseynov deyib.
Layihələndirmənin tərkibinə aşağıdakı obyektlər daxildir:
1. Aerovağzal binası
2. 3000×45 metr ölçüdə uçuş enmə zolağı
3. Peron
4. Yönəldici yol
5. Uçuş enmə zolağının işıq siqnal sistemləri
6. Transformator yarımstansiyalarının tikintisi
7. Köməkçi binalar