Füzuli. Elçin Mehdiyev – Trend:
Füzuli beynəlxalq hava limanında uçuş-enmə zolaqlarında işlər sentyabrın 5-nə kimi tamamlanacaq və ilk test uçuşu həyata keçiriləcək
AzerTimes-ın məlumatına görə, AZAL-ın nümayəndəsi Valeh Əmiraslanov Füzulidə jurnalistlərə açıqlamasında bildirib ki, hava limanının tikintisi yanvar ayının 14-dən başlamışdı:
“Bu müddətə kimi geniş füzelajlı hava gəmilərinin qəbul olunması üçün uzunlu 3 km, eni 60 metr olan uçuş zolağının torpaq yatağı tamamlanıb, hazırda isə asfalt-beton örtüklü layın tikintisinə, sahəsi 60 min kvadrat metr olan, 8 hava gəmisini saxlaya biləcək peronun tikintisinin torpaq yatağı tamamlanmaq üzrədir. Teminal binasənda dəmir-beton konstruksiyası işləri 100 faiz tamamlanıb, dəmir-metal konstruksiyanın quraşdırılması həyata keçirilir, italiya istehsalı olan dam örtüyü sifariş verilib və Azərbaycana gətirilib, fasad elementləri Türkiyədən sifariş verilib və gətirilmək üzrədir.
Hava hərəkətinin idarə edilməsi üçün qüllənin tikintisinin dəmir-beton konstruksiya hissəsinin quraşdırılması davam edir və bir həftəyə tamamlanacaq. Avadanlıqlar hamısı Avropa istehsalıdır, testdən keçirilib və Bakıya gətirilib. Sahədə isə beton özüllərin hazırlanıb quraşdırılmasına bu ayın sonundan başlanılacaq. Uçuş-enmə zolaqları sentyabrın 5-ə tamamlanacaq və ilk test uçuşu həyata keçiriləcək”.