Yanvarın 22-də futzal üzrə Azərbaycan millisi Avropa çempionatının final mərhələsində ilk oyununu keçirib.
AzerTimes-ın məlumatına görə, Gürcüstan komandası ilə qarşılaşma 3:2 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb.
Millimizin hər iki qolunu Rafael Vilela vurub. Komandamız növbəti oyununu yanvarın 26-da İspaniya komandasına qarşı keçirəcək.