Futbolçumuz İrəvanda erməni komandasına qarşı oynadı

Futbolçumuz İrəvanda erməni komandasına qarşı oynadı

Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərlinin çıxış etdiyi Albaniyanın “Eqnatiya” klubu UEFA Konfrans Liqasının I təsnifat mərhələsində ilk görüşünü keçirib.

AzerTimes xəbər verir ki, komanda Ermənistanda “Ararat-Armenia”nın qonağı olub.

İrəvandakı görüş 1:1 hesabı ilə başa çatıb.

Vüsal İsgəndərli 59-cu dəqiqədə meydana çıxıb. 28 yaşlı yarımmüdafiəçi Gutis Paulauskası əvəzləyib.

Qeyd edək ki, tərəflər arasındakı cavab qarşılaşması bir həftə sonra Albaniyada olacaq.

Teqlər: