Çox vacib matçdır. Rəqib dünya futbolunda tanınır.
AzerTimes xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasında Niderlandın “Ayaks” komandasına qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında deyib.
O bildirib ki, “Ayaks”ın futbolun böyüməsində çox payı olub:
“Qarşılaşmaya pis hazırlaşmamışıq. Futbolçuların hazırlıq səviyyəsi pis deyil, istəklidirlər. Azarkeşlərin razı qalacağına inanıram. Bu da bizim üçün önəmlidir”.
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin III turuna təsadüf edən “Qarabağ”-“Ayaks” matçı oktyabrın 24-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.