Futbol üzrə İtaliya çempionatı: “Torino” “Parmaya” qalib gəldi

İtaliya Futbol Çempionatının 34-cü turunda “Parma” səfərdə “Torino”ya 0:1 hesabı ilə məğlub olub.

AzerTimes-ın məlumatına görə, qolu 63-cü dəqiqədə Mergim Voyvoda vurub.

Turnir cədvəlində “Torino” 34 xalla 15-ci yeri tutur. “Parma” 20 xalla 19-cu pilləyə düşərək B Seriyasına keçib.


Növbəti turda “Torino” “Verona” ilə, “Parma” isə “Atalanta” ilə qarşılaşacaqlar. Hər iki görüş 9 mayda baş tutacaq.

Teqlər: