Futbol üzrə Ermənistan yığması tarixində ən böyük hesablı məğlubiyyətə uğrayıb

Futbol üzrə Norveç yığması Ermənistan yığması ilə Osloda
keçirilən yoldaşlıq görüşündə 9:0 hesabı ilə qələbə qazanıb.

AzerTimes-ın məlumatına görə, oyunda qollardan üçünü Coşua Kinq
(28-ci dəqiqə, penalti, 33, 59), ikisini Erlinq Holand (24, 45+1),
ikisini Aleksandr Serlot (86, 90+1), birini Kristian Torstvedt
(30), birini isə Mats Deli (80) vurublar.

Ermənistan komandası üçün bu məğlubiyyət tarixinin ən böyük
hesablı məğlubiyyəti olub. Bundan əvvəlki ən böyük hesablı
məğlubiyyət 2019-cu ilin noyabrında İtaliya ilə oyunda qeydə alınan
1-9 hesablı məğlubiyyət hesab olunurdu.

Teqlər: