Futbol üzrə DÇ-2022-nin seçmə mərhələsində millimiz Serbiya komandasına məğlub oldu

Futbol üzrə DÇ-2022-nin seçmə mərhələsinin növbəti oyununu keçirilib.

AzerTimes-ın məlumatına görə, Azərbaycan millisi A qrupundakı ikinci rəsmi matçında Serbiya yığmasına məğlub olub.

Oyun Bakı Olimpiya Stadionunda baş tutub və serbiyalıların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qoları Serbuya komandasından Aleksandar Mitorviç (16, 81-ci dəqiqələr), millimiz tərəfdən isə Emin Mahmudov (59, penalti) vurublar.

Bu qələbədən sonra xallarını 7-yə çatdıran Serbiya yığması liderliyini qoruyub. Xal toplaya bilməyən Azərbaycan millisi sonuncu pillədə qərarlaşıb.

Teqlər: