Futbol ulduzları Gürcüstanda xeyriyyə matçı keçirdilər

Futbol ulduzları Gürcüstanda xeyriyyə matçı keçirdilər

Gürcüstanın paytaxtı Tbilisidə xeyriyyə matçı keçirilib.  
“Milan”ın sabiq müdafiəçisi Kaxa Kaladzenin təşkilatçılığı ilə baş tutan oyunda onun dostlarından ibarət komanda ilə dünya yığması üz-üzə gəlib.

Görüş dünya yığmasının 6:5 hesablı qələbəsi ilə yekunlaşıb.

Xeyriyyə oyunu
Kaladzenin dostları – 5:6 – Dünya yığması
Qollar: İaşvili, Kafu, Kuranyi, Demetradze, Şevçenko – Toni (2), Salqado, Rivaldo, Totti, Delvekkio
Kaladzenin dostları: Rossi (Abbyatti), Kafu, Kostakurta (Favalli), Kaladze, Kordoba, Kobiaşvili (Karbone), Albertini (Amisulaşvili), Boban (Camarauli), Demetradze, Krespo (Kuranyi), Şevçenko, İaşvili
Dünya yığması: Frey, Salqado (Oddo), Annoni, Şimiç (Tassotti), Kandelya, Ambrozini (Di Byacco), Xavyer Zanetti (Dino Bacco), Yankulovski (Di Livio), Rivaldo (Ba), Totti (Zanetti), Toni (Delvekkio)