Futbol oyununun icmalını 2-3 saniyədə yazan bot yaradıldı

Futbol oyununun icmalını 2-3 saniyədə yazan bot yaradıldı

Cənubi Koreyadan olan Soccerbot adlı jurnalist bot, idman oyunları haqqında materiallar hazırlamaqla məşğuldur.  

2016-2017 İngiltərə Premyer Liqasının futbol turnirləri çərçivəsində sözügedən sistem, 380-ə yaxın material hazırlayıb. Onlardan hər biri, oyunların bitməsinən 2-3 saniyə sonra izləyicilərə təqdim olunub.

Cənubi Koreyada fəaliyyət göstərən Yonhap adlı agentlik bu sistemin işə salınması barədə xəbər verib.

Sözügedən bot, futbol xəbərlərinin hazırlanması ilə məşğuldur. Bu sistem artıq sözügedən liqa oyunları zamanı uğurlu şəkildə test edilib.

Yonhap-ın verdiyi məlumata əsasən o, gələn ilin Fevral ayında keçiriləcək Qış Olimpiya Oyunları üzrə da materiallar yaradacaq bot hazırlayacaq. Ümumilikdə isə robotlaşdırılma sistemi artıq bir neçə ölkələrdə jurnalistikə sahəsinə tətbiq edilir. Məsələn, keçən il Associated Press agentliyi bildirmişdi ki, bundan sonra kiçik beysbol liqasının oyunları haqqında xəbərləri məhz süni zəka hazırlayacaq. Güman olunur ki, robo-jurnalistika həm sözügedən sahəni inkişaf etdirə, həmdə jurnalist obyektivliyini təhlükə altında qoya bilər.