Fulya Öztürk müxbirliyə qayıdır

Fulya Öztürk müxbirliyə qayıdır

1 il ərzində çox şey öyrəndim. Ən böyük motivasiyam isə əlindən tutduğum insanlar, çatdırdığımız yardımlar oldu.

AzerTimes xəbər verir ki, bu sözləri İkinci Qarabağ savaşı zamanı obyektv informasiyaları ilə seçilən tanınmış jurnalist Fulya Öztürk sosial media hesabında yazıb.

“İçimdəki o coşqun muxbirlik hissi məni tərk etmədi. Aylar əvvəl qərar vermişdim ki, yeni mövsümdə gündüz proqramında olmayacam. Qərarımı elan etdikdən sonra bütün təklifləri dəyərləndirdim. Təklif edən bütün qurumlara təşəkkürümü bildirirəm. 15 ildir böyük məmnuniyyətlə işlədiyim evimə qayıtmaq qərarına gəldim.

Məni heç vaxt tək qoymayan Murad Yancı və Nihad Uludağ başda olmaqla, bütün CNN TÜRK komandasına sonsuz sevgimi çatdırıram. Bütün həmkarlarıma və dostlarıma göstərdikləri maraq üçün təşəkkür edirəm. Mənim ünvanım bildiyiniz kimi “CNN Türk”dür”, – F.Öztürk bildirib.

Teqlər: