Yaponiyanın şimal-şərqində 4,7 bal gücündə zəlzələ baş verib.
AzerTimes-ın Yaponiyanın Milli Metereologiya Xidmətinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Fukusima prefekturasından şərqdə, ocağı isə 50 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi yoxdur.