Meksika səfiri Rodriqo Labardini Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb.
Komitədən AzerTimes-a verilən məlumata görə, tərəflər əməkdaşlığın müxtəlif sahələrində əks olunan ikitərəfli münasibətlərin inkişafını müzakirə etdilər: siyasət, iqtisadiyyət, ticarət, turizm, mədəniyyət və s. Eyni zamanda, hər iki ölkənin icmalarının yaxınlaşması sahəsində hüquqi bazanın möhkəmlənməsi üçün görülən işlərdən söhbət açdılar.
Əlavə olaraq, Komitə sədri qurumun son tədbirlərindən məlumat verərək, xarici ölkələrlə əməkdaşlığın inkişafı perspektivlərinə toxundu.
Səfir Labardini, öz tərəfindən, Meksika ilə Azərbaycanın müvafiq qurumları arasında əməkdaşlığa təkan vermək məqsədilə ikitərəfli səfərlər və əlaqələrin stimullaşdırılmasının zəruriyyətini qeyd etdi.