Rusiyanın Londondakı səfiri Andrey Kelin Britaniya Xarici İşlər Nazirliyinə çağırılıb.
AzerTimes xəbər verir ki, bu barədə “Skay Nyus” məlumat yayıb.
“Rusiyanın təhlükəsizlik xidməti – FTX Britaniyanın siyasi prosesinə daim müdaxilə etmək cəhdində ittiham olunur. Bununla bağlı Rusiyanın Böyük Britaniyadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb”, – məlumatda deyilir.
Britaniyanın xarici işlər nazirinin müavini Leo Dokertiyə istinadən qeyd olunur ki, FTX yüksək rütbəli siyasətçilərin və dövlət qulluqçularının şəxsi danışıqlarını təhlükə altına qoyub.