FTX Ukraynaya işləyən iki nəfəri tutdu

FTX Ukraynaya işləyən iki nəfəri tutdu

FTX Ukrayna xüsusi xidmət orqanlarına işləyən iki Sevastopol sakinini saxlayıb.

AzerTimes xəbər verir ki, bu barədə FTX məlumat yayıb.

“1979 və 1995-ci il təvəllüdlü iki Sevastopol sakini pul müqabilində Rusiya Müdafiə Nazirliyinin obyektlərinin yerləşdiyi ərazilər barədə məlumat vermək üçün Ukrayna xüsusi xidmət orqanları ilə əlaqə qurublar. 1997-ci il təvəllüdlü şəxs Ukrayna Təhlükəsilzik Xidməti üçün hərbi obyeklərin yerləşdiyi ərazilər barədə məlumatlar toplayıb və elektron poçt vasitəsilə göndərib. Digər şəxs Ukrayna xarici kəşfiyyatı ilə əməkdaşlıq barədə danışsa da, məlumatları göndərməyi çatdırmayıb”, – məlumatda qeyd olunub.

Hər iki şəxsin saxlanıldığı bildirilib. Faktla bağlı cinayət işi qaldırılıb.

Teqlər: