FTX terror törətmək istəyən casusu məhv etdi

FTX terror törətmək istəyən casusu məhv etdi

Rusiyanın Sverdlovsk vilayətində müdafiə müəssisəsinin rəhbərlərindən birinin avtomobilini partlatmağa hazırlaşan Ukrayna hərbi kəşfiyyatçısı məhv edilib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Mətbuat Xidməti məlumat yayıb.

“FTX Ukrayna Baş Kəşfiyyat İdarəsinin agenti, Ukrayna millətçi terror təşkilatının üzvü olan 1984-cü il təvəllüdlü Rusiya Federasiyası vətəndaşının qanunsuz fəaliyyətinin qarşısını alıb. Müəyyən edilib ki, terrorçu öz rəhbərlərinin göstərişi ilə Sverdlovsk vilayətində müdafiə müəssisəsinin yüksək vəzifəli əməkdaşlarından birinin avtomobilini partlatmaq üçün kustar üsulla partlayıcı qurğu hazırlayıb. O, saxlanılarkən silahlı müqavimət göstərib və cavab atəşi ilə zərərsizləşdirilib”, – məlumatda qeyd olunub.

Teqlər: