Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə məxsus Mİ-8 helikopteri Çelyabinsk vilayətində qəzaya uğrayıb. Nəticədə helikopterin 4 ekipaj üzvünün hamısı həlak olub.
AzerTimes xəbər verir ki, bu haqda Rusiya mətbuatı məlumat yayıb.
Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.