FTX Krımda əməliyyat adına “bədii filmi” – Video

FTX Krımda əməliyyat adına “bədii filmi” – Video

Krımda dəmir yolu nəqliyyatı obyektlərində silsilə təxribat və terror aktlarının qarşısının Rusiya xüsusi xidmət orqanları tərəfindən alındığı haqda məlumat və video yayılıb.

AzerTimes xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidməti terror aktları həyata keçirmək üçün Ukrayna Baş Kəşfiyyat İdarəsi beş Krım sakinindən istifadə etdiyini bildirib.

“Agentlər Rusiya hərbçilərinin, hava hücumundan müdafiə vasitələrinin yerləşdiyi yer və yanacaq-energetika kompleksi, Krım körpüsünün təhlükəsizliyinin və müdafiəsinin təşkili haqqında məlumatları toplayıb düşmənə ötürüb, partlayıcı qurğuların daşınmasını həyata keçiriblər. Təxribatçıların məskunlaşdıqları yerlərdə hər birinin çəkisi təxminən bir kiloqram olan elektrik detonatorları və briketlərdən ibarət Sİ-4 markalı plastik partlayıcılar, 1 ədəd AK-74 avtomatı, 1 ədəd TT tapançası, 1 ədəd “Deqtyarov” avtomatı, müxtəlif çaplı güllələr və silah komponentləri, o cümlədən Ukrayna kəşfiyyat xidmətləri ilə əlaqələrini təsdiqləyən rabitə vasitələri aşkar edilib”.

Saxlanılan şəxslərə qarşı terror aktına hazırlıq, qanunsuz olaraq partlayıcı maddələrin və ya partlayıcı qurğuların əldə edilməsi, ötürülməsi, satışı, saxlanması, daşınması, göndərilməsi və ya gəzdirilməsi ilə bağlı cinayət işi açılıb.

Qeyd edək ki, əməliyyat çəkilişi zamanı saxlanılan terrorçunun telefonuna dərhal baxış keçirilməsi və telefonundakı məlumatların “ifşa” edilməsi şübhə yaradıb. Çünki adətən terrorçular telefonda məlumat saxlamır və yaxud xüsusi xidmət orqanları telefondakı məlumatları daha sonra tədqiq edir.

Teqlər: