FTX-dən Zəngəzurda yanan “KamAZ”la bağlı açıqlama

FTX-dən Zəngəzurda yanan “KamAZ”la bağlı açıqlama

Rusiya FTX-nin Ermənistan üzrə Sərhəd Xidmətinin şəxsi heyəti arasında itki yoxdur.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya FTX-nin Sərhəd Xidməti məlumat yayıb.

“Avadanlıqlara da ziyan dəyməyib”, – deyə qurum Zəngəzurda (Sünikdə) yanan yük maşınının FTX Sərhəd Xidmətinə aid olduğunu inkar edib.

Qeyd edək ki, bundan əvvəl Zəngəzur (Sünik) rayonunda Rusiyaya məxsus “KamAZ”ın yanması barədə məlumat yayılmışdı.

Yük maşınının dəqiq kimə məxsus olması qeyri-müəyyən olaraq qalır. Bəzi mənbələr “KamAZ”ın Rusiya sülhməramlı qüvvələrinə məxsus olduğunu və ona silah yükləndiyini bildirir. Digər mənbə isə hadisə nəticəsində bir sərhədçinin xəstəxanaya yerləşdirildiyini qeyd edir.

Ermənistan Fövqəladə Hallar Nazirliyindəki mənbənin verdiyi məlumata görə isə yük maşını 102-ci bazaya məxsusdur.

Teqlər: