FTX-dən əməliyyat: 6 terrorçu saxlanıldı

FTX-dən əməliyyat: 6 terrorçu saxlanıldı

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) İnquşetiyada hüquq-mühafizə orqanlarının əməkdaşlarına və pravoslav kilsəsinə hücumlar planlaşdıran beynəlxalq terror təşkilatının altı üzvünü saxlayıb.

AzerTimes xəbər verir ki, bu barədə FTX-nin İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlumat verilib.

“Rusiya İstintaq Komitəsi və Daxili İşlər Nazirliyi ilə birgə İnquşetiya Respublikası ərazisində silsilə terror cinayətlərinin qarşısı alınıb. Nazran şəhəri və Kantışevo kəndində respublika hüquq-mühafizə orqanlarının əməkdaşlarına, habelə dini obyektlərə qarşı təxribat və terror aktları törətmək niyyətində olan Rusiya Federasiyasının vətəndaşları, ölkədə qadağan olunmuş beynəlxalq terror təşkilatının tərəfdarları olan 6 nəfər müəyyən edilərək saxlanılıb. Terrorçular xüsusilə, Sunja şəhərindəki Müqəddəs Məryəmin Şəfaət kilsəsinə hücum hazırlayırdılar”, – FTX-dən bildirilib.

Teqlər: