“Vilayəti Xorasan”nın (İŞİD terror təşkilatının qolu – red.) “yatmış” cihadçıları Türkiyə dövlətinin təhlükəsizliyini təhdid edir.
AzerTimes xəbər verir ki, bunu Rusiya FTX-sinin zabiti “RİA Novosti”yə bildirib.
O qeyd edib ki, Suriya-İraq zonasında hərbi məğlubiyyət fonunda İŞİD qüvvələrini digər bölgələrə, xüsusən də Əfqanıstana köçürür:
“Münaqişə zonalarının, o cümlədən Mərkəzi Asiyanın qızışdırılmasında maraqlı olan amerikalılar öz geosiyasi məqsədlərinə çatmaq üçün terrorçulardan fəal istifadə edirlər. Hücumları həyata keçirmək üçün “Vilayət” kütləvi şəkildə Mərkəzi Asiya regionu ölkələrindən insanları cəlb edir. Onların Əfqanıstana köçürülməsi əsasən Türkiyə vasitəsilə qeyri-rəsmi nəqliyyat qovşağından keçirilir. Üstəlik, bu ölkədə “yatmış” cihadçı hücrələr yaradılır, nəticədə Türkiyənin özünün təhlükəsizliyi təhdid altındadır”.
Onun sözlərinə görə, Rusiya FTX-si Mərkəzi Asiya ölkələrindən olan xarici tərəfdaşları ilə konstruktiv qarşılıqlı fəaliyyəti terrorçuların plan və niyyətlərini vaxtında aşkarlamağa, onların cinayətkar fəaliyyətlərini dayandırmağa imkan verir.