Xəbər - Orxan Nəbiyev – Trend:
ABŞ-ın Federal Təhqiqat Bürosu və Nyu-Yorkun Bruklin rayon prokurorluğu ötən il Nyu-Yorkda qocalar evində koronavirusdan ölüm hallarının gizlədilməsi faktı ilə bağlı araşdırmaya başlayıb.
AzerTimes-ın məlumatına görə, araşdırma ötən ilin yaz və yay aylarını əhatə edir
Həmin dövrdə Nyu-York ştat rəhbərliyii qocalar evlərində COVID-19 infeksiyasından 8,7 mindən çox şəxsin öldüyünü açıqlamışdı.
Sonradan məlum olub ki, bu göstərici 50 faiz azaldılıb.