Freksit olmasa, Fransa məhv olacaq – Filippo

Freksit olmasa, Fransa məhv olacaq – Filippo

Suverenliyin qorunması naminə Parisə “Freksit” gərəkdir.

AzerTimes xəbər verir ki, bu sözləri Fransanın “Vətənpərvərlər” partiyasının sədri Florian Filippo AB-də üzv ölkələrin müəyyən qanun layihələrində veto hüququnun ləğvi, genişlənmə və s. ilə bağlı təklifin qəbulunu şərh edərkən deyib.

“AB heç vaxt daxildən dəyişməyəcək və ya daha pisə doğru dəyişəcək. Freksit vasitəsilə bu korrupsioner tirandan xilas olmaq lazımdır. Bu, azadlıq və ümid üçün yeganə həll yoludur.

AB-ni dövlətə çevirmək, Fransa və digər xalqların yoxa çıxması məqsədi daşıyan Verhofştadt hesabatına səs verən Avropa Parlamentinə ar olsun”.

Teqlər: