Fransua Olland 67 yaşında evləndi

Fransua Olland 67 yaşında evləndi

Fransanın keçmiş prezidenti Fransua Olland 67 yaşında ilk rəsmi nikaha daxil olub.

AzerTimes xəbər verir ki, bu barədə “Montaqne” nəşri məlumat yayıb.

Məlumata görə, o, 50 yaşlı aktrisa Juliye Qaye ilə evlənib

Qeyd edək ki, Olland əvvəllər heç vaxt rəsmi nikahda olmayıb. O, 1979-2007-ci illərdə dörd övladı olan Sosialist Partiyasının üzvü Seqolene Royal ilə vətəndaş nikahında olub.

Fransua Olland 2012-2017-ci illərdə Fransa prezidenti olub.

Teqlər: