Fransızların 70 faizi fövqəladə rejim elan olunmasını istəyir

Fransızların 70 faizi fövqəladə rejim elan olunmasını istəyir

Fransa əhalisinin təxminən 70 faizi Nanter şəhərində 17 yaşlı yeniyetmənin polis tərəfindən güllələnməsindən sonra ölkəni bürüyən iğtişaşlarla bağlı fövqəladə vəziyyət rejiminin tətbiqini dəstəkləyir.

AzerTimes xəbər verir ki, bu barədə məlumat Fransanın “Ifop” İctimai Rəy İnstitutu tərəfindən keçirilən sorğunun nəticələrində əksini tapıb.

Rəy sorğusunda iştirak edən fransızların 69 faizi ölkədə fövqəladə vəziyyət rejiminin tətbiqinə tərəfdar olduğunu bildirib. Həmçinin onların əksəriyyəti ölkənin müxtəlif bölgələrində baş vermiş zorakılığı qınayıb. Eyni zamanda, respondentlərin 57 faizi polis və jandarmeriyanın fəaliyyətini dəstəkləyib.

İyunun 29-30-da keçirilən sosioloji tədqiqatda yaşı 18-dən yuxarı mindən çox Fransa vətəndaşı iştirak edib.

Teqlər: