Fransa öz vətəndaşlarına Ukraynada döyüşməyə qadağa qoya bilməz.
AzerTimes xəbər verir ki, bu sözləri Fransanın müdafiə naziri Sebastyan Lekornu LCI telekanalına müsahibəsində bildirib.
“Ukrayna hərbi geyimində döyüşməyə gedən fransız mülki şəxslər var. Biz onlara qadağa qoya bilmərik, biz hələ də demokratik ölkəyik. Bu insanların Fransa ordusu ilə heç bir əlaqəsi yoxdur, fransız hərbi forması geyinmirlər”, – nazir bildirib.
Qeyd edək ki, ötən gün Rusiya ordusunun Xarkovda əcnəbi döyüşçülərin müvəqqəti yerləşdirilmə məntəqəsinə endirdiyi zərbə nəticəsində bir qrup fransız muzdlusunun ölümündən sonra Fransa səfiri Rusiya XİN-ə çağırılmışdı.