2017-ci ildə fransız casusları BƏƏ ilə birlikdə İŞİD-in silahlıları cəlb etmək üçün Teleqramdan istifadə edə biləcəyindən qorxaraq, Pavel Durovun mobil telefonunu sındırmaq üçün əməliyyat keçirib.
AzerTimes xəbər verir ki, bu barədə “Uoll Strit Jurnal” mənbələrə istinadla məlumat yayıb.
“2017-ci ildə, Makronla görüşdən bir il əvvəl fransız casusları Durovu Birləşmiş Ərəb Əmirlikləri ilə birgə əməliyyatda hədəfə aldılar və onun Ayfonu sındırıldı”, – məlumatda bildirilib.
Nəşrin məlumatına görə, casus əməliyyatı “Bənövşəyi musiqi” adı almışdı.
Durova yaxın olan mənbənin qəzetə verdiyi məlumata görə, Teleqram illərdir hüquq-mühafizə orqanları tərəfindən verilən çağırış vərəqələrinə və məhkəmə qərarlarına məhəl qoymur.