Fransız silahları Ermənistana nə vaxt gələcək?

Fransız silahları Ermənistana nə vaxt gələcək?

Fransadan alınan silahların çatdırılması illər çəkə bilər.

AzerTimes xəbər verir ki, bu sözləri erməni hərbi ekspert Leonid Nersisyan Fransanın Ermənistana GM-200 və “Mistral” satışı ilə bağlı saziş və anlaşma memorandumu imzalaması haqda deyib.

O bildirib ki, əgər bu alqı-satqı sazişi Ukrayna müharibəsinə qədər olsaydı, onda Ermənistana hazır silahların veriləcəyini düşünmək olardı:

“Fransa bütün hava hücumundan müdafiə eşelonlarını istehsal edən nadir Qərb ölkələrindən biridir – “Rapid Fire” zenit silahından tutmuş Rusiyanın uzaqmənzilli S-300 kompleksi ilə müqayisə olunan “Aster” zenit-raket sistemlərinə qədər. Ermənistan üçün yaxın və ortamənzilli sistemlər yararlıdır, o cümlədən yaxınmənzilli “Mistral” müdafiə sistemi və xarakteristika baxımından Rusiyanın “Tor-U” sisteminə bənzəyən “Crotale MK3” yaxınmənzilli raket kompleksi.

Ermənistan üçün xüsusi maraq doğuran silah sistemlərindən biri də Rusiyanın “Buk” sinfinə yaxın olan “Mica” ortamənzilli sistemidir. Mərakeş bu sistemin bir batereyasını 2020-ci ildə 100 milyon dollara alıb. Ermənistan isə 4-nü ala biləcək imkandadır”.

Ekspert vurğiulayıb ki, alınan silahların istehsalı ən azı bir il çəkə bilər və bu müddət ərzində təlimlər də təşkil oluna bilər.

“Bütün fransız sistemləri bir-biri ilə inteqrasiya olunub, bu, bütün avtomatlaşdırılmış idarəetmə sisteminin birlikdə istifadəsinə imkan verir ki, bu da səmərəliliyi artırır”, – deyən Nersisyan bir neçə sistem almağın lazım olduğunu bildirib.

Teqlər: