Fransız nəşri oruc tutanları belə təhqir etdi – Foto

Fransız nəşri oruc tutanları belə təhqir etdi – Foto

Fransanın “Liberation” jurnalı Ramazan ayında Qəzzada aclıq çəkən fələstinlilərin oruc tutmasını ələ salan karikatura nəşr edib.

AzerTimes xəbər verir ki, bu barədə “Paris Tudey” məlumat yayıb.

“Karikaturada uşağının yanında oturan fələstinli qadının aclıqdan dilinin ağzından çıxması əks olunub. Eyni aclıq vəziyyətində olan qəzəbli əri isə ağzında sümük olan siçovulların arxasınca qaçır. Lakin qadın kişiyə iftara qədər bunu etməyə icazə vermir”, – məlumatda qeyd olunub.

Sosial şəbəkə istifadəçiləri karikaturanı Fransada islamafobiyanın dəlili adlandırıb, digərləri isə Qərbi ikili standartlar tətbiq etməkdə ittiham edib.

Qeyd edək ki, “Liberation” nəşrinin redaktoru İsrailin hərbi kəşfiyyatında işləmiş Dov Alfondur. Jurnalın sahibi isə yəhudi əsilli fransalı milyarder Patrik Deridir.

Teqlər: