Fransız nazir bu gün Bakıya niyə gəlir? – Markedonov

Fransız nazir bu gün Bakıya niyə gəlir? – Markedonov

Fransanın xarici işlər naziri Ketrin Kolonna aprelin 26-dan 28-dək Cənubi Qafqaz ölkələrinə səfər edəcək. Kolonnanın səfəri niyə vacibdir? Bu gün Parisin Qafqaz problemlərini həll etmək üçün hansı resursları var? Fransa ATƏT-in Minsk Qrupunun (keçmiş – red.) həmsədridir. Bu qrup keçən ildən bəri ənənəvi həmsədrlik üçlüyü formatında işləməsə də, Paris özünü Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasında əsas oyunçulardan biri kimi tanıtmaqda davam edir. Tiflisə gəlincə, beşgünlük müharibə və 2008-ci il avqustun 13-də Medvedyev-Sarkozi razılaşmalarından sonra Gürcüstanın siyasi elitası ilə Fransanın xüsusi münasibəti var.

AzerTimes xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markedonov deyib.

“Parisin Qafqaz optikası rus prioritetlərindən çox fərqlidir. Fransa üçün region ölkələri önəmli deyil. Paris xüsusilə Makronun prezidentlik dövründə AB daxilində liderliyə can atır. Təsadüfi deyil ki, Kolonnanın proqramına avropalı müşahidəçilərin Ermənistandakı qərargahına səfər də daxildir.

Parislə Bakı arasında hər şeyin mürəkkəb olmasına baxmayaraq, fransalı nazirin gözlənilən səfəri İkinci Qarabağ müharibəsindən sonra yaranmış kəskin bucaqları düzəltmək məqsədi daşıyır. Əgər Gürcüstandan danışırıqsa, o zaman bu ölkənin xarici siyasətinin qərbyönlü vektorunun ən azı ciddi şəkildə yenidən nəzərdən keçirildiyi bir şəraitdə Kalonnanın ziddiyyətləri dərinləşdirmək planlarının olmadığını bildirməsi vacibdir. Amerikalı beysbolçuların dediyi kimi, “bazaya toxunmağın vaxtıdır”. AB-də liderliyə iddialı olan bir ölkənin Tiflisi qərbyönlü orbitdə saxlamaq üçün öz resurslarını göstərməsi son dərəcə önəmlidir. Fransalı nazir Azərbaycan, Ermənistan və Gürcüstanın dövlət və hökumət rəhbərləri ilə görüşəcək. Gündəm çox gərgindir. Ona görə səfərdən Qafqazın geosiyasi dizaynında kəskin dəyişikliklər gözləmək lazım deyil”, – o bildirib.

Teqlər: