Zvartnots hava limanında 38 gün aclıq aksiyası keçirən erməni əsilli fransız jurnalist Leo Nikolyanın vəziyyəti kəskin pisləşib, bundan sonra onu zorla Fransaya göndərməyə cəhd ediblər.
AzerTimes xəbər verir ki, bu barədə erməni mediasına Nikolyan özü bildirib.
“Həkimlər gəldi və mənə nə iynə vurduqlarını bilmirəm, heç nə hiss etmədim, yuxum gəldi. Məni geyindirdilər, əşyalarımı yığdılar, arabaya qoydular və məni zorla təyyarəyə mindirməyə çalışdılar. Amma bəxtim gətirdi. Təyyarənin kapitanı dedi ki, o, xəstə insanları daşımır. İndi də məni tranzitlə üçüncü ölkəyə göndərməyə çalışırlar ki, cəhənnəm olum”, – o deyib.
Qeyd edək ki, 22 apreldə Ermənistana gələn və ölkəyə buraxılmayan Nikolyan aclıq aksiyası keçirir.