Fransız fermerlər min traktorla AP girişində… – Video

Fransız fermerlər min traktorla AP girişində… – Video

AB liderlərinin sammiti günü fermerlər Brüsseldə daha yüksək vergilər, artan xərclər və ucuz kənd təsərrüfatı idxalı fonunda daha çox yardım tələb etmək üçün etiraz aksiyası keçiriblər.

AzerTimes xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Məlumata görə, Brüsselin əsas magistralları minə yaxın traktor tərəfindən bağlanılıb. Eyni zamanda, fermerlər Avropa Parlamentinə tərəf yumurta atıb, tonqal qalayıb və fişəng buraxıblar.

AB sammitinin gündəliyinə daxil olmasa da, fermer böhranı iclasda müzakirə olunub. Belçika Baş naziri Aleksandr De Kroo bildirib ki, fermerlərin şikayətinə baxılmalıdır.

Teqlər: