Fransada kütləvi etirazlar zamanı ümumilikdə 23 878 yanğın törədilib.
AzerTimes xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Cerald Darmanin Senatda çıxışı zamanı deyib.
“İctimai yerlərdə və o cümlədən zibil qablarında 23 878 yanğın törədilib, 12 031 avtomobil yandırılıb.
İğtişaşlar zamanı 2508 bina zədələnib, onlardan 273-ü hüquq-mühafizə orqanlarına məxsusdur.
500 bələdiyyə binası yandırılıb və ya zədələnib, 168 məktəbə müxtəlif hücumlar edilib, eyni dövrdə Daxili İşlər Nazirliyi yerli hakimiyyət nümayəndələrinə qarşı 17 hücum faktını qeydə alıb”, – nazir qeyd edib.