Başda Fransa olmaqla, bəzi ölkələr Ermənistanı əks istiqamətə yönəldir.
AzerTimes xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu Şəhidlər Xiyabanı və Türk Şəhidliyini ziyarəti zamanı jurnalistlərə açıqlamasında deyib.
“Biz bunu dəfələrlə Fransız nümayəndələrinə demişik. Ermənistanı başqa yolla dəstəkləməyə çalışmasınlar. Unutmasınlar ki, can Azərbaycan heç vaxt yalnız deyil”, – o bildirib.