Fransanın “İntibah Partiyası”nın lideri Stefan Sejurne Fransa Xarici İşlər Nazirliyinin yeni rəhbəri olub.
AzerTimes xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.
“Stefan Sejurne xarici işlər naziri vəzifəsində Ketrin Kolonnanı əvəz edib”, – bildirilib
Qeyd edək ki, 38 yaşlı siyasətçi 2022-ci ilin sentyabrından prezident Emmanuel Makronun “İntibah” partiyasının lideridir.
O, həmçinin çərşənbə axşamı baş nazir təyin edilən 34 yaşlı Qabriel Attalın ortağıdır.