Fransanın yeni baş naziri fəaliyyət prioritetlərini açıqlayıb

Mayın 16-da Emmanuel Makron prezident seçkilərində qalib
gəldikdən sonra bu vəzifəyə təyin olunan Fransanın baş naziri
Elizabet Born fəaliyyət prioritetlərini açıqlayıb.

Trend xəbər
verir ki, bunlar əhalinin alıcılıq qabiliyyətinin
yaxşılaşdırılması, səhiyyə sahəsi və iqlim dəyişikliyi ilə
mübarizədir.

“İşimizin ilk həftələri fransızların təcili ehtiyaclarını
qarşılamağa həsr olunmalıdır” Born bildirib.

COVID-19 pandemiyasının xüsusən də tibb işçiləri və xəstəxanalar
üçün yaratdığı çətinliklər fonunda, yeni baş nazir səhiyyənin
inkişafını ikinci əsas prioritet adlandırıb.

Teqlər: