Fransanın XİN rəhbəri ABŞ-a səfər edəcək

Fransanın xarici işlər naziri Jan-İv Le Drian iyulun 14-ü ABŞ-ın paytaxtı Vaşinqtona səfər edəcək.

AzerTimes-ın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə “Le Journal du Dimanche” qəzeti məlumat yayıb.

Bildirilir ki, iyulun 15-i isə Almaniyanın kansleri Angela Merkel də ABŞ-a səfər edəcək.


Məlumata əsasən, Fransa prezidenti Emmnuel Makron cari ilin sonunadək ABŞ-a səfər edə bilər.