Fransanın xarici işlər naziri Jan-İv le Drian koronavirusa
yoluxub.
Trend-in
məlumatına görə, bu barədə naziz öz “Twitter” səhifəsində
yazıb.
O, verdiyi koronavirus testinin müsbət nəticələndiyini və
sanitar qaydalarına uyğun olaraq özüntəcrid rejiminə keçdiyini
bildirib.
J.Le Drian özünün necə hiss eləməsi barədə ətraflı məlumat
verməsə də, işlərinə evdən davam etdirəcəyini deyib.