Fransa xarici işlər naziri Stefan Sejurnenin sentyabrın 15-16-da Ermənistana səfər edəcək.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan məlumat yayıb.
“Sentyabrın 16-da Ermənistan XİN-də hər iki ölkənin xarici işlər nazirləri – Ararat Mirzoyan və Stefan Sejurnenin rəsmi görüşü, daha sonra isə birgə mətbuat konfransı keçiriləcək”, – o qeyd edib.