Fransanın səhiyyə naziri pandemiyanın beşinci dalğasının sonuncu olacağına ümid edir

Koronavirus pandemiyasının beşinci dalğası Fransada sonuncu dalğa ola bilər.

AzerTimes-ın məlumatına görə, bunu “Journal du dimanche” qəzetinə müsahibəsində Fransanın səhiyyə naziri Olivye Veran deyib.

“Omikron” ştammı çox yoluxucudur. Mən proqnoz vermişdim ki, 2022-ci ilin əvvəlində sutkada yoluxanların sayı 250 minə çata bilər, demək olar ki, bu rəqəmə çatdıq. Bu ştamm bütün dünya əhalisinə təsir edəcək, lakin onun yayılması immunitetin artmasına səbəb olacaq: bu ştammdan sonra hamımız infeksiyalara qarşı daha güclü olacağıq”, – deyə nazir bildirib.


O.Veran qeyd edib ki, pandemiyanın beşinci dalğasının sonuncu olacağına ümid etmək olar.

“Başa düşmək lazımdır ki, peyvəndin üç dozasından sonra da koronavirusa yoluxa bilərsiniz, lakin xəstəxanaya yerləşdirilmə riskiniz peyvənd olunmamış və ya qismən peyvənd olunmuşlardan on dəfə azdır”, – deyə nazir əlavə edib.