Fransanın Qarabağ yalanı: Ketrin susmalıdır!

Fransanın Qarabağ yalanı: Ketrin susmalıdır!

Paris yanlış bəyanatlarla Qarabağ məsələsindən uduş əldə etməyə çalışır.

AzerTimes xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Fransa XİN başçısı Ketrin Kolonnanın Moskvanın üçtərəfli bəyanatla bağlı öhdəliklərini yerinə yetirmədiyi açıqlamasına cavab verərkən deyib.

“Fransa öhdəliklərdən danışmalı deyil. Fransa Ukrayna üzrə Minsk razılaşmalarının icrasının həmmüəllifi və qarantı idi. Ketrin Kolonnanın yerində olsaydım, özünü vasitəçi sayan Fransanın ölkələr arasında münasibətləri tənzimləmək üçün təminat və öhdəlikləri barədə susardım”, – Zaxarova bildirib.

Zaxarovanın sözlərinə görə, Kolonnanın İrəvandakı bəyanatları yalandır və Qarabağ problemi və regionu tərk etmiş erməni əhalisinin ağır humanitar vəziyyəti ilə oynamaq cəhdidir:

“Rusiya 2020-ci il noyabrın 9-da qan tökülməsini dayandırdı, 2020-2022-ci illər üçün bir sıra üçtərəfli bəyanatlar, Bakı və İrəvanın barışması üçün “yol xəritəsi”ni razılaşdırdı. Fransa, Brüssel və bütün AB nə etdi? Sadəcə dünya ictimaiyyətinə təqdim etmək üçün nəsə”.

Teqlər: