Emmanuel Makronun keçən ay keçirilən seçkilərdə təhqir olunması onun flaqman pensiya islahatının sonu ola bilər.
AzerTimes xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Teleqraf” qəzeti “Fransanın pensiya sistemi çökür” sərlövhəli məqaləsində yazıb.
Fransada keçirilən parlament seçkilərində Prezidentin 2030-cu ilə qədər minimum pensiya yaşının 62-dən 64-ə qaldırılması ilə bağlı olduqca mübahisəli siyasətinə düşməncə yanaşan ifrat solçu və ifrat sağçı qüvvələrin mövqeyi güclənib. Vətəndaşlar dövlət pensiyasını almaq üçün 43 il (hazırda 42 il) tam işləməli olacaqlar.
“Allianz Trade” sığorta şirkətinin parisli iqtisadçısı Maksim Darme hesab edir ki, bu dəyişikliklər ölkəyə 10 milyard avro ilə 60 milyard avro arasında ziyan vura bilər. Onun sözlərinə görə, bu, “nəhəng fiskal boşluğa” gətirib çıxaracaq, çünki Fransanın büdcə kəsirini 2027-ci ilə qədər ÜDM-in 3 faizindən aşağı – AB qaydalarına əsasən icazə verilən maksimum səviyyəyə salmaq üçün artıq 70 milyard avro qənaət pul lazımdır.