Fransanın müdafiə naziri Sebastian Lekornyu İsrailə işgüzar səfər edib.
AzerTimes xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
S.Lekornyu israilli həmkarı Yoav Qalant, ölkənin strateji planlaşdırma naziri Ron Dermerlə görüşlər keçirəcək.
Fransalı nazirin həmçinin İsrail Milli Təhlükəsizlik Şurasının sədri Tsaxi Xaneqbi ilə də bir araya gələcəyi gözlənilir.