Fransanın “La Gazette” qəzetində Şuşada keçirilmiş “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” beynəlxalq konfransı barədə məqalə dərc edilib

Fransanın Lagazetteaz.fr onlayn qəzeti aprelin 28-də Şuşada
keçirilmiş “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” beynəlxalq
konfransına həsr olunmuş məqalə dərc edib.

AzerTimes-ın məlumatına görə, məqalədə qeyd olunur ki, Azərbaycan
Prezidenti İlham Əliyev konfransın iştirakçıları ilə görüşüb və
onlar Azərbaycanın gələcəyi, qonşularla və digər ölkələrlə
münasibətləri, Qarabağın gələcəyi, Ermənistanla münasibətlərin
normallaşması barədə vacib suallar verib.

Həmçinin, məqalədə vurğulanır ki, konfrans iştirakçıları Şuşa
şəhəri, otuz illik erməni işğalı nəticəsində dağıntıların miqyası
ilə tanış olublar.

Konfrans 23 ölkədən 40-a yaxın eksperti bir araya toplayıb.
Konfrans iştirakçıları Cənubi Qafqazda möhkəm sülhün qurulması və
post-münaqişə regional əməkdaşlıq imkanlarını müzakirə ediblər.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: