Paris Cənubi Qafqazda növbəti silahlı qarşıdurmanı təhrik edir.
AzerTimes xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova brifinqdə Fransanın Ermənistana SEZAR özüyeriyən haubitsalarının tədarükü ilə bağlı müqaviləni şərh edərkən deyib.
Zaxarova bu müqaviləni eskalasiyaya səbəb olmaq üçün “daha bir addım” adlandırıb:
“Fransa Ermənistanın maraqlarını rəhbər tutmur, sadəcə olaraq, ölkələr arasındakı fikir ayrılıqlarından öz fürsətcil məqsədlərinə çatmaq üçün alət kimi istifadə etməyə çalışır. Fransa NATO ideologiyasının dirijorudur”.
Qeyd edək ki, İrəvan və Paris Fransanın SEZAR özüyeriyən artilleriya sistemlərinin tədarükünə dair müqavilə imzalayıblar.