Fransanın hərbi büdcəsi 400 milyarda qaldırılır

Fransanın hərbi büdcəsi 400 milyarda qaldırılır

Fransanın 2024-2030-cu illər üçün hərbi büdcəsi 2019-2025-ci illərdəki hərbi xərclər üçün ayrılan 295 milyard avro ilə müqayisədə 400 milyard avroya çatdırılacaq.

AzerTimes xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron deyib.

“2024-2030 Hərbi Proqramlaşdırma Aktı (LPM) ordunun gücləndirilməsi üçün göstərilən səyləri əks etdirir. Onlar günümüzün təhlükələri ilə mütənasibdir. 2024-2030-cu illərdə dövlət hərbiyə 400 milyard avro ayıracaq”, – Makron bildirib.

O cümlədən, prezident 7 il ərzində Fransa kəşfiyyatının maliyyələşdirilməsinin 60% artırılacağını açıqlayıb.

Teqlər: