Fransanın dənizaşırı ərazilərində prezident seçkilərində
səsvermə başlayıb.
Trend-in
məlumatına görə, seçki məntəqələri Sen-Pyer və Mikelonda açılıb.
Yaxın saatlarda Qvadelupa, Martinika, Fransa Qvianası və Fransa
Polineziyasında səsvermə prosesi başlayacaq.
Qeyd edək ki, Fransanın dənizaşırı ərazilərində təxminən 2
milyon seçici yaşayır. Bu, seçici elektorarının 4 faizinə
yaxındır.
Fransanın özündə isə bu gün sükut günü başlayıb.
Xatırladaq ki, Fransada prezident seçkilərinin birinci turu
aprelin 10-da keçiriləcək. Seçkilərdə hazırkı prezident Emmanuel
Makron, Marin le Pen və Jan-Lük Melanşon daxil olmaqla 12 namizəd
iştirak edir.
Birinci turda ən çox səs toplamış iki namizəd aprelin 24-də
keçiriləcək ikinci turda mübarizə aparacaq.