Fransanın cənubunda koronavirusun yeni variantı aşkar edilib.
AzerTimes-ın məlumatına görə, bu barədə Avstriyanın “Heute” qəzetinin elektron variantında bildirilib.
Qeyd olunub ki, naməlum ştamm Kamerundan Fransaya qayıdan səyahətçilərdə müəyyən edilib. Mütəxəssislər istisna etmirlər ki, virusun bu variantının törədicisi bu Afrika ölkəsində geniş yayılıb.
Qəzet yazıb ki, testlər ntəcisəində bütün yoluxan xəstələrdə “atipik mutasiya birləşməsini” aşkar edilib.
Yeni variant “B.1.640.2” kimi işarələnib və Marsel həkimləri tərəfindən aşkar edilib.